Voleybol: oğlanların yarışı italyanların çempionluğu ilə başa çatdı

XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybolçu oğlanların yarışına yekun vurlub.

Finalda Belçika yığmasını əksər komponentdə üstələyən İtaliya komandası qalib gəlib – 3:1.

Üçüncülük qarşılaşmasında Rusiya voleybolçuları Belarus komandasını məğlubiyyətə uğradıb – bu matçda da 3:1 hesabı qeydı alınıb.

5-ci yer uğrunda görüşdə Çexiya komandası Bolqarıstan yığmasından (3:0), 7-ci yer uğrunda matçda isə Almaniya idmançıları Azərbaycan voleybolçularını məğlub ediblər (3:1).
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.