Detallı Yarış Cədvəli


Atletikaya qaçış növləri, tullanmalar, atmalar və idman yerişi daxildir. Ən məşhur və vacib idman növlərindən biridir. 


Dünyanın ən qədim idman yarışlarından sayılan atletika haqda ilk sübutlar eradan əvvəl 2250-ci ilin qədim Misir və Yunan rəsmlərində əksini tapmışdır. Atletika müasir dövrdə də dünyanın ən iştirak edilən idman növlərindən biri kimi qalır. 

Faktlar və rəqəmlər: 

- Qaçış yarışları başlandığı vaxtdan böyük artıma nail olmuşdur 
- Eradan əvvəl 776-cı ildə Yunanıstanda keçirilən ilk Olimpiya yarışları 600 fit (192 metr) məsafə təşkil etmişdir; indiki zamanda müasir açıq qaçış yolu oval formaya sahibdir, 400 metr uzunluqdadır və 8 və ya 9 cığırdan ibarətdir 
- Qaçış yolunda müxtəlif qaçış yarışları keçirilir və onlar üç geniş məsafəli kateqoriyalara daxildir: yaxın, orta və uzun məsafələrə qaçış 
- Olimpiya sloqanı olan Latın “citius, altius, forties” daha tez, daha yüksək, daha güclü anlamını verir və çox zaman atletika üzrə yarışlara və iştirakçıların imza atdığı nəticələrə aid edilir 
- Estafet üzrə yarışlarda heyətində 4 idmançı olan komandalar iştirak edir. Hər iştirakçı finişə birinci çatan komanda olmaq məqsədilə dəyənəyi müəyyən məsafəni keçdikdən sonra komanda yoldaşına ötürür. 
 
“Bakı 2019” zamanı idmançılar 40 müxtəlif yarışlarda (20 Oğlan, 20 Qız) qızıl medal üçün yarışacaq. 
Avropa Gənclər Olimpiya Festivalında 40 müxtəlif atletika yarışları olacaq. Qısa və uzun məsafəyə qaçış üzrə yarışlardan başqa zolaqda səddlərlə qaçış, maniyələrlə qaçış, estafet qaçışı və idman yerişi üzrə yarışlar keçiriləcəkdir. Meydanda isə cavan atletlər uzuna tullanma, yüksəyə tullanma, üçlü tullanma və dirəklə tullanma yarışlarında iştirak edəcək. Atma yarişlarına çəkic, nizə, disk və güllə atma növləri daxildir. Heptatlon və Dekatlon yarışları da “Bakı 2019” zamanı keçiriləcək. 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.