Azərbaycanın paytaxtı Bakı şəhərinə xoş gəlmisiniz!

“Küləklər şəhəri” adlanan Bakı ilboyu günəşlidir. May və İyul ayları sərin briz və isti günəşdən həzz almaq üçün ən uyğun zamandır.

İQLİM

Azərbaycanın ərazisi çöllərdən və uca dağlardan ibarətdir. Bu ölkənin müxtəlif ərazilərində fərqli iqlimlərin olmasına şərait yaradır. Paytaxt Bakı dəniz səviyyəsindən 28 metr yüksəklikdə yerləşir və May ayında səyahətiniz zamanı hava ayın əvvəli xoş isti, İyul ayının sonuna yaxın isə çox isti olacaq.

VALYUTA

Azərbaycanın rəsmi valyutası manatdır (AZN).

Mövcud banknotlar bunlardır – 1 (boz), 5 (narıncı), 20 (yaşıl), 50 (sarı), 100 (bənövşəyi) və 200 (mavi). Qəpiklər yalnız 1 manat həcmində (1 manat = 100 qəpik) və 50, 20, 10, 5, 3 və 1 qəpik olaraq mövcuddur. Hal-hazırda 1 Avronun 1 AZN-ə nisbəti 2:1 təşkil edir. Ən son valyuta məzənnənələri haqda məlumat üçün, zəhmət olmasa Azərbaycan Respublikasının Mərkəzi Bankının səhifəsinə daxil olun – www.cbar.az/home

ATM VƏ BANKLAR

Avro və ABŞ Dollarını Manata hava limanında və ya iş vaxtlarında valyuta mübadiləsi xidmətini təklif edən istənilən bankda dəyişə bilərsiniz. Aşağıdakı banklar 24 saat ərzində fəaliyyət göstərir:

Bank Respublika: 'Azneft' filialı / Ofis24 Bakı ş., Neftçilər pr., 67

Expressbank: 'Nasimi' filialı (24/7) Bakı ş., Bül-bül pr., 29 / Vidadi küç., 189

Yüksək komissiya ödəməmək üçün nağd pulu ATM-lərdə yerli valyutada çıxartmanız məsləhət görülür. ATM-lər şəhərin müxtəlif nöqtələrində, habelə mehmanxanalarda və hava limanında mövcuddur.

 

YERLİ VALYUTANIN MÜQAYİSƏLİ DƏYƏRİ

Təxminən 2 manata bərabər 1 avroya 4 şüşə su, 2 çörək və ya 1 kq alma əldə etmək olar. Orta təbəqəli restoranda iki nəfərlik yeməyin qiyməti 50 manat və ya 25 avro təşkil edəcək.

Şəhərin daxilində istənilən yerə taksi ilə getmək təxminən 10 manat və ya 5 avro, Atletlər Kəndindən (AVL) şəhər mərkəzinə isə taksi xidmətindən asılı olaraq iki dəfə baha təşkil edəcək. Mərkəzdə dayanacağın qiyməti saatda 1 manatdır.

 

TƏCİLİ ƏLAQƏ

Bakı 2019 iştirakçıları üçün təyin olunmuş təcili əlaqə nöqtələri mövcuddur. Bununla belə, yerli təcili xidmətlərin nömrələri aşağıda qeyd olunub:

101 – Yanğın Şöbəsi
102 – Polis
103 – Təcili Yardım

Fövqəladə Hallar Nazirliyi həmçinin 112 qaynar xətt nömrəsini qeyd edib: www.fhn.gov.az/?eng/menu/23

 

NƏQLİYYAT

İctimai Nəqliyyat (İT) Azarkeşlər, Mediya, YTN-lər, İşçi Qüvvəsi və digər akkreditasiya olunmuş müştərilər üçün nəzərdə tutulub. Müştərilərin Nəqliyyat Sistemləri Oyunların Marşrut Şəbəkəsi və şəhərdə mövcud olan yolların istifadə olunması ilə fəaliyyət göstərəcək. Onlar yarışlara və məşq məkanlarına nəqliyyatı təmin edəcək.

Bütün məlumatlar AZƏRTAC-a məxsüsdur.