Belarus və Polşa idmançıları fərqləndilər

"EYOF 2019"un atletika yarışlarında qızlar arasında nizəatma və oğlanlar arasında hündürlüyə tullanmada qaliblər müəyyənləşib.

Oğlanların hündürlüyə tullanma yarışında Belarus atleti Yahor Huptar fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paul Metayer (Fransa) gümüş, Roman Petruk (Ukrayna) isə bürünc medalla kifayətlənib.

Qızların nizəatma yarışında isə Polşa atleti Qabriela Andrukonis çempion olub. Finlandiyalı Vivian Suominen 2-ci, türkiyəli Esra Türkmən isə 3-cü nəticə göstərib.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.