Həndbolçu qızların turnirində bürünc medalın sahibi məlum olub

XV Avropa Gənclər Yay Avropa Festivalının həndbolçu qızların turnirində bürünc medalın sahibi məlum olub.

Üçüncülük uğrunda İsveçrə həndbolçuları ilə qarşılaşan Macarıstan komandası 30:20 hesabı ilə qələbə qazanaraq Festivalın bürünc medalına sahib olublar.

Qızların 7-ci yer uğrunda görüşündə isə təşkilatçı ölkə - Azərbaycan həndbolçuları Çexiya komandasına fərqli hesabla uduzublar – 13:42.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.