Çempionluq sevinci yaşayan ölkələrin sırasına Kipr də qoşuldu

XV Avropa Gənclər Yay Olimpiya Festivalında daha bir növ üzrə yarış başa çatıb.

Oğlanlar arasında üç təkanla uzunluğa tullanmada Kipr idmançısı Qriqoris Nikolaou 15,45 m nəticə ilə qızıl medal qazanıb. Bu, Kipr komandasının Bakı yarışlarında ilk çempionluğudur. Gümüş medala Rusiya təmsilçisi Vladislav Aleksandrin (15,38 m), bürüncə isə fransalı Simon Qore (15,33 m) yiyələniblər.

Qızların hündürlüyə tullanma yarışında isə Rusiya atleti Adelina Xalikova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə təmsilçisi Marithe Enqondo gümüş, Kipr atleti Stiliana İoannidou bürünc medala sahib çıxıblar.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.