Çexiya və Norveç idmançıları hərəyə 1 qızıl medal qazandı

"EYOF 2019"un atletika yarışlarında oğlanların 800 metr məsafəyə qaçış və diskatma növündə mübarizəyə yekun vurulub.

Oğlanların 800 metr məsafəyə qaçış yarışında Çexiya atleti Yakub Davidik 1,51 dəqiqə nəticə ilə bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. İkinci pillədə polşalı Kristof Rozniçki (1,53 dəqiqə), üçüncü pillədə isə ispaniyalı David Karranza qərarlaşıblar.

Oğlanlar arasında diskatma yarışında isə Belarus idmançısı Raman Kartanoviç 63,09 metr nəticə ilə qızıl medala sahib olub. Gümüş medalı norveçli Steffen Melheim, bürüncü isə  almaniyalı Matteo Maulana qazanıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.