İdman yerişində Estoniya, nüvəitələmədə Kosova atleti çempion oldu

"EYOF 2019"un atletika yarışlarında daha iki növdə mübarizəyə yekun vurulub: söhbət qızların 5000 metr məsafəyə idman yerişi və oğlanlar arasında nüvəitələmədən gedir.

Qızların 5000 metr məsafəyə idman yerişində Estoniya atleti Yekaterina Mirotvortseva 22,26 dəqiqə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belaruslu Lizaveta Hrişkeviç gümüş, ispaniyalı Alisiya Lumbreras bürünc medala sahib olub.

Oğlanlar arasında nüvəitələmə yarışında isə Kosovo idmançısı Muhamet Ramadani 19,75 metr nəticə ilə qızıl medal qazanıb. 18,83 metr nəticə ilə rusiyalı Semyon Boradayev 2-ci, elementi 18,71 metr uzaqlığa atan İsveç atleti Yasper Ahlin 3-cü yeri tutub. 
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.