Kollektiv növlərdə finalçılar məlum oldu

XV Avropa Gənclər Yay Olimpiya Festivalında kollektiv idman növlərində mübarizə sona yaxınlaşır – artıq həm qızlardan, həm də oğlanlardan ibarət yığma komandalar arasında finalçılar müəyyənləşib.

Basketbol:

qızlar: Fransa - Çexiya - 71:48, Macarıstan - Rusiya - 67:64.
oğlanlar: İspaniya - Fransa - 63:34, Türkiyə - Serbiya - 82:70.

Voleybol:

qızlar: Rumıniya - İtaliya - 3:2, Rusiya - Türkiyə - 3:1.
oğlanlar: İtaliya - Belarus - 3:1, Belçika - Rusiya - 3:2.

Həndbol:

qızlar: Niderland - İsveçrə - 23:19, Fransa - Macarıstan - 26:24.
oğlanlar: Xorvatiya - Danimarka - 42:39, Almaniya - Fransa - 30:25.

Beləliklə, sabah idmansevərlər basketbolda Fransa – Macarıstan (qızlar), İspaniya – Türkiyə (oğlanlar), voleybolda Rumıniya – Rusiya (qızlar), İtaliya – Belçika (oğlanlar), nəhayət, həndbolda Niderland – Fransa (qızlar), Xorvatiya – Almaniya (oğlanlar) finallarının şahidi olacaqlar.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.