Üzgüçülük: daha üç növdə finalçılar məlum oldu

XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında daha üç növdə finalçılar müəyyənləşib.

Oğlanların 400 metr məsafəyə fərdi qarışıq üzmə yarışında finala bu idmançılar yüksəliblər: İlya Borodin (Rusiya), Luka De Tullio (İtaliya), Yakub Bursa (Çexiya), Hubert Kos (Macarıstan), Sedrik Buessinq (Almaniya), Vasilyos Sofikitis (Yunanıstan), Frantisek Ceyblsnik (Slovakiya) və Heorhi Lukaşev (Ukrayna).

Bundan əlavə, həm qızlar, həm də oğlanlar arasında 4x100 metr məsafəyə qarışıq üzmə yarışlarında da finalçıların adına aydınlıq gəlib. Qızlar arasında Almaniya, Rusiya, İtaliya, Fransa, Türkiyə, Böyük Britaniya, İspaniya və Macarıstan üzgüçüləri fərqləniblər. Oğlanların analoji yarışı isə Rusiya, Fransa, Böyük Britaniya, Türkiyə, Belarus, Almaniya, İsrail və Polşa üzgüçülərinin üstünlüyü ilə başa çatıb.

Hər üç nominasiyada qalib və mükafatçılar startı saat 17-də veriləcək axşam sessiyasında məlum olacaq.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.