Atletika yarışlarında günün ilk qızıl medalı

"EYOF 2019"un atletika yarışlarında günün ilk çempionluğu rəsmiləşib – bu uğura Skandinaviya təmsilçisi imza atıb.

Oğlan atletlərin 400 metr məsafəyə maneələrlə qaçış növündə İsveç atleti Oskar Edlund bütün rəqiblərindən sürətli olaraq 51,41 saniyə nəticə ilə fəxri kürsünün qızıl pilləsinə qalxıb. Skandinavlar bununla çempionluq sayını 3-ə çatdırıblar. 2-ci yeri 51,68 saniyə nəticə ilə ispaniyalı İqnasio Saez, 3-cü yeri isə finişə 52,30 saniyəyə çatan Türkiyə atleti Bekre Akçam tutub.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.