Atletika: günün ilk çempionu fransalı idmançı oldu

Bakıda təşkil edilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı bu gün başa çatır. Bu isə o deməkdir ki, yarışda son akkordlar vurulur.

Artıq sonuncu yarış günün ilk çempionu müəyyənləşib – bu, 100 metr məsafəyə maneələrlə qaçışda reallaşıb. Qızıl medalı finişə 13,52 saniyəyə çatan fransalı atlet Lea Vendome qazanıb. Gümüş medala 13,53 saniyə nəticə ilə Almaniya idmançısı Franziska Şuster sahib olub, ilk üçlüyü isə isveçrəli Ditaci Kambundci (13,63) tamamlayıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.