Tennisdə ilk nəticələr qeydə alındı

Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019”un tennis yarışlarında ilk görüşlərin nəticələri məlumdur.

Qızların fərdi yarışlarında israilli Maya Bazalel Belçika idmançısı Hanne Vandevınkeli (6:7, 6:4, 10:8), Mayanın komanda yoldaşı Bidny Yehonathan çexiyalı Barton Hyneki (7:5, 6:2), sloveniyalı Petja Drame Böyük Britaniya tennisçisi Andrea Pinedanı (6:3, 6:1), türkiyəli Toğan Tokac xorvatiyalı Noa Vukadini (6:2, 6:1), Türkiyənin digər təmsilçisi Melisa Senli kosovalı Vesa Gjinajı (6:1,6:1) və rusiyalı Maria Şolokova Bosniya-Herseqovina idmançısı Suana Tucakoviçi (6:2, 6:2) məğlub edib.

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.