Basketbolçu qızların mübarizəsində Fransa çempion oldu

XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızlardan ibarət basketbol komandalarının mübarizəsi başa çatıb.

Gərgin keçən final matçında Macarıstan seçməsini 64:59 hesabı ilə məğlubiyyətə uğradan Fransanın gənc basketbolçuları Festivalın qızıl medalını qazanıb. Xatırladaq ki, bürünc medal uğrunda görüşdə Rusiya yığması Çexiya komandasında üstün olmuşdu - 53:43.

5-ci yer uğrunda görüşdə Belçika komandası İtaliya yığmasına (70:58), 7-ci yer uğrunda qarşılaşmada isə Polşa basketbolçuları Türkiyə kollektivinə (71:65) qalib gəlib.

Bununla da Bakı Festivalında basketbolçu qızların mübarizəsinə yekun vurulub.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.