Qızlarda Almaniya, oğlanlarda İtaliya idmançısı fərqləndi

"EYOF Bakı 2019"un atletika yarışlarında qızlar arasında 1500 metr qaçış, oğlanlar arasında isə 2000 metr məsafəyə maneələrlə qaçış növlərində qalib və mükafatçılar müəyyənləşib.

Atlet qızların 1500 metr məsafəyə qaçış yarışı Almaniya idmançısı Antye Pfueller 4 dəqiqə 28 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala finişə 4 dəqiqə 29 saniyəyə çatan Rumıniya atleti Mariya Talida Sfarqiu yiyələnib. Bürüncə isə ispaniyalı Mireya Arnedillo (4 dəqiqə 30 saniyə) sahib olub.

Oğlanların 2000 metr məsafəyə maneələrlə qaçış yarışında İspaniya stleti Pol Oriaç (5 dəqiqə 49 saniyə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belaruslu Dimitri Savin (5 dəqiqə 57 saniyə) gümüş, italiyalı Ciovanni Silli (5 dəqiqə 58 saniyə) bürünc medala yiyələnib.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.