Britaniyalılar komanda hesabında 2-ci pilləyə yüksəldilər

XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennisçi qızların fərdi mübarizəsi başa çatıb.

Bakı Tennis Akademiyasında keçirilən yarışın final matçında Böyük Britaniyanın gənc raketka ustası Matilda Mutavdziç rusiyalı Mariya Şoloxova ilə üz-üzə gəlib. Qarşılaşma britanilayının 2:0 (6:1, 6:1) hesablı üələbəsi ilə başa çatıb. Bununla Festivalda 11-ci qızıl medalı qazanan britaniyalılar komanda hesabında 2-ci pilləyə yüksəliblər.

Bürünc medal uğrunda görüşdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babeli üç setin (6:2, 0:6, 12:10) yekununda məğlub edib.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.