Maskotlar Şəhərdə!

İyunun 14-ü “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir könüllülər ilə birgə şəhərə çıxaraq məzunları məktəbin bitməsi münasibətilə təbrik etdi. Onlar tədbir çərçivəsində məzunlara və uşaqlara üzərində oyunların loqosu əks edilmiş şarları və “Zirvələrə hazırıq” stikerlərini hədiyyə edərək, onlara həyatlarında yeni zirvələri fəth etməkdə uğur arzu etdi. 

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.