Həndbol: Hollandiya komandası ilk finalçı oldu

Hollandiyanın həndbolçu qızlardan ibarət yığma komandası XV Avropa Gənclər Yay Olimpiya Festivalının finalına yüksəlib.

“Narıncılar” yarımfinalda İsveçrə seçməsini 23:19 hesabı ilə məğlub edərək həlledici oyunda iştirak hüququnu rəsmiləşdirib. Hollandların finaldakı rəqibi isə az sonra başlanacaq Macarıstan - Fransa matçında müəyyənləşəcək.

5-8-ci yerlər uğrunda görüşdə isə təşkilatçı ölkənin həndbolçuları - Azərbaycan millisi Rumıniya komandasına 22:35 hesabı ilə uduzub.

Həndbolçu oğlanların mübarizəsində isə finalçılar Danimarka – Xorvatiya və Fransa - Almaniya yarımfinal görüşlərində məlum olacaq.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.