Üzgüçülük yarışlarında yeni çempionlar müəyyənləşdi

XV Avropa Gənclər Yay Olimpiya Festivalın üzgüçülük yarışlarında daha bir neçə növdə qalib və mükafatçılar bəlli olub.

Oğlanların 400 metr məsafəyə qarışıq üzmə yarışında fərdi kateqoriyada İlya Borodin (Rusiya) qızıl, Hubert Kos (Macarıstan) gümüş, Yakub Bursa (Çexiya) isə bürünc medal qazanıblar.

Qızların 100 metr məsafəyə arxasıüstə üzmə yarışında isə italiyalı Franseska Qaytani Erika qalib olub. Almaniyalı Lusi Mosdzien finişə 2-ci çataraq gümüş medal qazanıb. İlk üçlüyü isə finalda eyni nəticə göstərmiş rusiyalı Renata Qaynullina ilə ukraynalı Yevgeniya Jukova tamamlayıblar.

Oğlanlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında çempionluğu ukraynalı Rostislav Krıjanivski bayram edib. Böyük Britaniya üzgüçüsü Kameron Uilliams 2-ci, Fransa təmsilçisi Brendan Fitzpatrik isə 3-cü yeri tutub.

Qızlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışı isə rusiyalı Yevgeniya Çikunovanın qalibiyyəti ilə başa çatıb. Fransalı Jastin Delmas 2-ci, irlandiyalı Molli Mayn 3-cü nəticə göstərib.

Üzgüçü oğlanların 200 metr məsafəyə sərbəst üzmə yarışında Edvard Mildred (Böyük Britaniya), David Popoviçi (Rumıniya) və Bora Gülşən (Türkiyə) müvafiq olaraq qızıl, gümüş və bürünc medallara sahib olublar. Qeyd etmək yerinə düşər ki, Rusiya üzgüçüləri Yevgeniya Çikunova və İlya Borodin Festivalda ikinci dəfədir mübarizəni mükafatçılar sırasında tamamlayıblar.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.