Yunan-Roma güləşində daha bir medal

Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında pəhləvanlarımız daha bir medal əldə ediblər.

Yunan-Roma güləşçimiz Nihad Məmmədli çəkisi 55 kq olan pəhləvanlar arasında mübarizəni 3-cü pillədə başa çatdırıb. Bürünc medal uğrunda döyüşdə o, türk Ateş Bekirə 9:0 hesabı ilə qalib gəlib.

Bu çəki dərəcəsində çempion adını Belarus güləşçisi Hleb Makaranka qazanıb, gümüş medala isə gürcüstanlı Romeo Beridze yiyələnib.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.