Estafet: oğlanlarda Polşa, qızlarda İspaniya qalib gəldi

"EYOF 2019"un atletika yarışlarında estafet mübarizəndə həm qızlar, həm də oğlanlar arasında qalib və mükafatçılar müəyyənləşib.

Oğlanların yarışında, müvafiq olaraq, Polşa, İsveç və İspaniya atletləri, müvafiq olaraq, qızıl, gümüş və bürünc medala sahib çıxıblar.

Qızların analoji yarışında isə çempionluğu İspaniya komandası bayram edib. Yunanıstan idmançıları 2-ci, İsveçrə atletləri 3-cü nəticə göstəriblər.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.