Rebec Pia Mariya: “Azərbaycan haqda eşitdiklərimi reallıqda gördüm”

“İlk dəfədir Azərbaycandayam. Bu ölkə, eləcə də Bakı haqda, burada çoxsaylı beynəlxalq yarışların yüksək səviyyədə təşkil barədə eşitmişdim, xeyli məlumatım vardı”, - bunu Sloveniya tennisçi Rebec Pia Mariya deyib.

Sözlərinə Azərbaycan haqda eşitdiklərini reallıqda gördüyünü bildirməklə davam edən gənc raketka ustası daha sonra vurğulayıb: “Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilatçılığından çox məmnunam. Bakı Tennis Akademiyasının kortları çox rahatdır. Oyunuma gəldikdə isə onu deyə bilərəm ki, qarşılaşma çox gərgin keçdi, amma yekunda çətinliklə də olsa, rumın rəqibimə qalib gələ bildim”.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.