Basketbol: qızların yarışında bürüncü Rusiya komandası qazandı

XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbolcu qızların turnirində 3-cü yer uğrunda görüş keçirilib.

Bürünc medalın sahibinin müəyyənləşdiyi oyunda Rusiya basketbolçuları Çexiya komandasına 53:43 hesabı ilə qalib gəliblər.

7-ci yer uğrunda qarşılaşmada isə Polşa yığması Türkiyə basketbolçularından üstün olub - 71:65.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.