Azərbaycan güləşçilərindən 2-ci qızıl medal

Sərbəst güləşçi Murad Haqverdiyev XV Avropa Gənclər Yay Olimpiya Festivalında komandasının hesabına 2-ci qızıl medalı yazdırıb.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda ən yüngül – 45 kq çəkidə mübarizə aparan Murad Haqverdiyev rusiyalı Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri və polşalı Fabian Niedziedzkini məğlub edərək həlledici qarşılaşmada çıxış etmək hüququna yiyələnib. Finalda Gürcüstan güləşçisi Nikolozi Santeladzeni 11:4 hesabı ilə məğlub edən Azərbaycan pəhləvanı Festivalın çempionu adını qazanıb.

Bunadək yunan-Roma güləşçisi Fərid Sadıqlı da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.