Tennis: fərdi yarışlarda yarımfinal, cütlərdə final görüşləri

XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında bu gün həm oğlanların, həm də qızların fərdi mübarizəsində yarımfinal, cütlüklərin yarışında isə final qarşılaşmaları keçirilir.

Bakı Tennis Akademiyasında keçirilən yarışda oğlanların fərdi mübarizəsində yarımfinalda ispaniyalı Daniel Merida ilə italiyalı Nikkolo Çiavarella, çexiyalı Hinek Bartonla isə latviyalı Vilius Qaubas ilə üz-üzə gəlirlər. Qızların analoji mübarizəsində Rusiya tennisçisi Mariya Şoloxovanın rəqibi çexiyalı Dominika Salkovadır, fransalı Ouşen Babel isə britaniyalı Matilda Mutavdziç ilə qarşılaşır.

Tennisçi oğlan cütlərin final oyununda çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti ilə polşalı Filip Pieçzonka/Olaf Pieçkovski dueti üz-üzədir. Qız cütlüklərin həlledici matçı isə Belarus təmsilçisi Evialina Laskeviç/Mariya Stsetseviç ikilisi ilə rusiyalı Mariya Şoloxova/Yekaterina Maklakova dueti arasında keçirilir.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.