50 metr məsafəyə sərbəst üzmədə yarımfinalçılar müəyyənləşib

XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında bu gün bir neçə növdə çempionlar məlum olacaq.

Artıq sərbəst üsulla 50 metr məsafəyə üzmədə yarımfinalçılar müəyyənləşib. Finişə Serbiya idmançısı Nina Stanisavleviç birinci çatıb – onun nəticəsi 25,64 saniyə təşkil edib.

Yarımfinala vəsiqə qazanmış üzgüçülərdən biri də Azərbaycan təmsilçisi Məryəm Şeyxəlizadəxangahdır – o, təsnifat mərhələsində məsafəni 26,72 saniyəyə qət edib.

Qızların 50 metr məsafəyə sərbəst üzmə yarışının həlledici mərhələsi axşam sessiyasında keçiriləcək.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.