Tennisdə İspaniya – Litva finalı

XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennisçi oğlanların fərdi yarışında finalçılar müəyyənləşib.

Həlledici görüşdə Litva və İspaniyanın gənc raketka ustaları çempion adı uğrunda mübarizə aparacaqlar. Bakı Tennis Akademiyasında keçirilən yarımfinal qarşılaşmasında ispaniyalı Daniel Merida böyük çətinliklə italiyalı Nikkolo Çiavarellaya (7:6, 7:6) qalib gəlib, litvalı Vilius Qaubas isə çexiyalı Hinek Bartondan üstün olub (6:4, 6:3).
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.