Basketbolçu oğlanların yarışı ispanların qələbəsi ilə yekunlaşdı

XV Avropa Gənclər Yay Olimpiya Festivalında basketbolçu oğlanların mübarizəsinə yekun vurulub.

Həlledici qarşılaşmada Türkiyə və İspaniya komandaları üz-üzə gəliblər. Oyun 65:52 hesabı ilə ispanların xeyrinə nəticələnib və onlar Bakı yarılşlarının çempionu olublar.

Xatırladaq ki, üçüncülük matçında Serbiya seçməsi Fransa yığmasını 75:57 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

5-ci yer uğrunda qarşılaşmada Litva basketbolçuları Yunanıstan komandasına (86:76), 7-ci yer uğrunda matçda Azərbaycan təmsilçiləri Xorvatiya kollektivinə (64:51) qalib gəlib.

Bununla da basketbolçu oğlanların mübarizəsi də yekunlaşıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.