Tennis: fərdi yarışların qalibi adını İspaniya idmançısı qazandı

XV Avropa Gənclər Yay Olimpiya Festivalının sonuncu yarış günü daha bir idmançı çempionluq sevinci yaşayıb – bu, tennisdə baş verib.

Tennisçi oğlanların fərdi yarışları İspaniyanın gənc raketka ustası Daniel Meridanın qələbəsi ilə yekunlaşıb – o, Bakı Tennis Akademiyasında keçirilən final qarşılaşmasında latviyalı Vilius Qaubasu həe iki setdə məğlub edərək (6:2, 6:0) qızıl medal qazanıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.