Cüdo: komanda yarışında Türkiyə - Rusiya finalı

XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo üzrə komanda yarışında finalçılar məlum olub.

Həlledici qarşılaşmada Türkiyə və Rusiyanın gənc tatami ustaları üz-üzə gələcəklər. Türkiyə cüdoçuları 1/4 finalda İtaliya (4:0), yarımfinalda Gürcüstan (4:0) komandalarına qalib gəliblər. Rusiya yığması isə sözügedən mərhələlərdə Macarıstan (4:1) və Almaniya (4:2) kollektivlərindən üstün olub.

Komanda mübarizəsində bürünc medal uğrunda isə İtaliya – Almaniya və Macarıstan – Gürcüstan qarşılaşmaları keçiriləcək.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.