Cüdoda yeni çempionlar – Türkiyə, İspaniya və Fransa

XV Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında iki, oğlanların mübarizəsində isə bir çəkidə qalib və mükafatçılar bəlli olub.

Cüdoçu qızların 70 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl medalı Türkiyənin gənc tatami ustası Hilal Öztürk qazanıb. Bürünc medallara Qvantsa Somxişvili (Gürcüstan) və Erika Simonetti (İtaliya) yiyələnib.

70 kiloqram çəki dərəcəsində isə ispaniyalı Ai Tsunoda Roustant çempion olub. Almaniyalı Anna Monta Olek və fransalı Jüliet Diollot 3-cü yeri tutublar.

Cüdoçu oğlanlar arasında 90 kiloqram çəki dərəcəsində isə fransalı Kenni Liveze qalib olub. Bürünc medallara Adam Sanqariev (Rusiya) ilə Tornike Poladişvili (Gürcüstan) sahib çıxıblar.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.