Voleybolçu qızların mübarizəsində bürüncü Türkiyə qazandı

XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybolçu qızların yarışında bürünc medala Türkiyə seçmə komandası yiyələnib.

Üçüncülük uğrunda matçda onların rəqibi İtaliya yığması olub. Bütün setlərdə üstün olan Türkiyə voleybolçuları inamlı qələbə qazanıb - 3:0 (25:23, 25:21, 25:23).

Voleybolçu qızların yarışında daha bir oyun yekunlaşıb: 7-ci yer uğrunda qarşılaşmada Ukrayna komandası Bolqarıstan seçməsini məğlub edib – 3:0 (25:18, 25:23, 25:21).
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.