İdman gimnastikasında daha iki çempion müəyyənləşdi

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalınln idman gimnastikası yarışlarında daha iki növdə mübarizə yekunlaşıb.

Oğlanlar arasında dayaqla tullanma yarışında Böyük Britaniya idmançısı Reykvon Batist 13,983 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər iki mükafatı isə Rumıniya gimnastları əldə ediblər - Robert Burtanete 13,933 xalla gümüş, Qabriel Burtanete 13,833 xalla bürünc medala sahib olublar.

Qızların gimnastika tirin üzərində mübarizəsində də Böyük Britaniya idmançısı fərqlənib. Çıxışını hakimlərdən 13,666 xalla qiymətləndirdiyi Ondin Açamponq Festivalın çempionu olub. Rumıniyalı Silvian-Mariya Sfirinqu-Qeorqe qalibə yalnız əlavə göstəricidə uduzaraq 2-ci olub, ilk üçlüyü isə fransalı Klariss Passeron tamamlayıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.