Ukrayna və Rusiya atletlərindən daha bir qızıl medal

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında Ukrayna və Rusiya atletləri hesablarına daha bir qızıl medal yazıblar.

Oğlanların paralel qollarda çıxışında Ukrayna atleti İlya Kovtun 14,600 xalla bütün rəqiblərini qabaqlayaraq Festivalın qalibi olub. Onun komanda yoldaşı Vladimir Kostyuk (14,300 xal) mübarizəni gümüş, Macarıstan təmsilçisi Kristian Balaj (13,566) bürünc medulla yekunlaşdırıb.

Qızların sərbəst hərəkətlər üzrə yarışında isə rusiyalı Viktoriya Listunova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb: hakimlər onunn çıxışını 14,066 xalla qiymətləndiriblər. Rumıniya təmsilçiləri İoana Stankiulesku (13,633 xal) və Silviana-Mariya Sfirinqu-Qeorqe (13,400) yarışı ilk üçlükdə tamamlayıblar.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.