Güləşçimiz mübarizəyə qələbə ilə başladı

Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarına start verilib. Bu gün həm sərbəst, həm də yunan-Roma növündə 45 və 55 kq çəki dərəcələrində qarşılaşmalar keçirilir.

A qrupunda çıxış edən Murad Haqverdiyev mübarizəyə qələbə ilə başlayıb. 45 kq çəkidə çıxış edən güləşçimiz rusiyalı Eldar Asakayevə qalib gəlib. A qrupundakı digər güləşçimiz Əbülfəz Nəsirov isə 1/8 finalda Harvey Ridinqsla (Böyük Britaniya) üz-üzə gələcək. Yunan-Roma güləşinin təsnifat mərhələsində Fərid Sadıxlının startda rəqibi Andrea Martinodur (İtaliya), Nihat Məmmədli isə 1/8 finalda Olivye Şkripçakla (Polşa) qarşılaşacaq.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.