Detallı Yarış Cədvəli


Bir çox insanlar idman gimnastların yüksək səviyyəli çıxışlarından heyrətlənirlər. Onlar ən çətin kombinasiyaları asanlıqla yerinə yetirir; inanılmaz güc elementlərini sürətli, dinamik fırlanmalar ilə əvəz edirlər.

Kişilər arasında idman gimnastikası üzrə (MAG) yarışlarda idmançılar 6 cihazdan istifadə edir, qadınlar arasında yarışlarda (WAG) isə 4 cihazdan. Idman gimnastının çıxışı vaxt, vüsət və ya hündürlük ilə qiymətləndirilmir; əksinə burada qiymətləndirmə daha çətin və xüsusi şəkildə baş verir. 
Bədii gimnastika güc, koordinasiya, elastiklik və balansı yaradıcılıq, estetika və zərif ifadə ilə birləşdirir. 
Milli Gimnastika Arenası “Bakı 2019” zamanı hər iki gimnastika növünə ev sahibliyi edəcək. 


Faktlar və rəqəmlər:

  • Gimnastika ilk dəfə 1896 Yay Olimpiyadasına əlavə edilmişdir, lakin qadınlar Olimpiya Oyunlarına yalnız 1928-ci ildən buraxılmışdır
  • 1903-cü ildən keçirilən Dünya Çempionatlarına da qadınlar yalnız 1934-cü ildən qatılıb 
  • 2012 London Olimpiyadasında bədii gimnastika ikinci ən izlənilən idman növü idi və dünyada üzgüçülük, basketbol və futbol tək populyardır
  • Beynəlxalq Gimnastika Federasiyası (FIG) və Avropa Gimnastlar İttifaqı (UEG) bayraqları altında keçirilən bütün yarışlarda böyüklər arasında ən azı 18 yaşı olan kişi və ən azı 16 yaşı olan qadın idmançılar iştirak edə bilər. 
     

Bütün məlumatlar AZƏRTAC-a məxsüsdur.