Detallı Yarış Cədvəli


Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu), basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əllə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq.Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir.

Basketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-də yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır. Oyunun əsl hədəfini səbətlər meydana gətirdiyindən, Dr. Naismit tərəfindən bu oyuna "səbət topu" mənasını verən basketbol' adı verilmişdir.

Hər komanda 5 adamdan meydana gələr və komandaların sərhədsiz oyunçu dəyişikliyi haqqı vardır. Əgər faul haqqını doldurmamışsa hər çıxan oyunçu təkrar oyuna daxil ola bilər. Bir komandadakı beş oyunçudan biri ortada (post) ikisi müdafiə etmə (guard) və ikisidə hücum (forward) oyunçusudur. Oyunu bir baş hakim və köməkçi hakim olaraq iki hakim idarə edər.
 


 

 

Bütün məlumatlar AZƏRTAC-a məxsüsdur.