Detallı Yarış Cədvəli


İlk velosiped konsepsiyası 15-ci əsrdə Leonardo Da Vinçi tərəfindən hazırlanmışdır. Həmin velosipedin nə zənciri, nə kardan sistemi, nə də sola və ya sağa dönmək üçün hansısa mexanizmi yox idi. Bəs sizcə o necə sürülürdü?


İlk sənədləşdirilmiş velosiped yarışı 1868-ci ilin May ayının 31-də 1,200 metrə Parisin Saint-Claud parkında baş vermişdir. Yarışın qalibi İngilis qürbətçi Ceyms Mur olmuşdur və o, möhkəm rezin təkərlərlə təchiz edilmiş velosipedi sürürdü...1887-ci ildən davamlı olaraq fəaliyyət göstərən klub yarandığı andan müxtəlif vaxt və məsafəli yarışlara sponsorluq edib. 



Velopark BMX velosiped kompleksi Xəzər dənizi sahilində yerləşib. Məkanda müxtəlif obyektlər vardır – ofislər, idmançılar üçün istirahət zonası, konfrans otağı, tibbi və hamam otaqları. 
Məkanda olan binanın üst mərtəbəsində 5, alt mərtəbəsində isə 4 otaq vardır. Alt mərtəbədə yerləşən otaqlarda BTN-lər, YTN-lər, idmançılar, tibbi heyət və anti-dopinq qrupu fəaliyyətləri üçün lazım olan bütün avadanlıq və şəraitlə təchiz edilib. 


Məkan perimetr boyu 5 girişi olan 2.5 km uzunluqda velosiped yolu ilə əhatə edilib. Burada idmançılar “Bakı 2019” zamanı bir neçə dövrə sürəcəklər.
Velopark həm yarış, həm də məşq məkanı olaraq fəaliyyət göstərəcək. “Bakı 2019” zamanı iki növ velosiped yarışı olacaq - fərdi və qrup ötüşməsi. 
 

Bütün məlumatlar AZƏRTAC-a məxsüsdur.