Detallı Yarış Cədvəli


Cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo yarışları 3 gün ərzində Heydər Əliyev adına İdman Arenasında baş tutacaq. Cüdo yarışları kişilər və qadınlar üçün 7 çəki kateqoriyası üzrə, görmə qabiliyyəti olmayanlar üçün yarışlar kişilər üçün 4, qadınlar üçün isə 2 çəki kateqoriyası üzrə təşkil ediləcək.

Sərt, sürətli və tam təmaslı döyüş idman növü olan cüdo Azərbaycanda olduqca məşhurdur. O, əslində hərb sənəti kimi ciucitsudan əmələ gəlib və sonradan döyüş idman növü kimi yapon maarifçi, idman fəalı və filosof Ciqaro Kano tərəfindən inkişaf etdirilib. Cüdoda döyüşçülər cüdokalar adlanır və onlar döşəməyə atma, tutub saxlama və ya boğma fəndləri ilə rəqiblərini ram etməyə çalışırlar. Cüdo öz olimpiya başlanğıcını 1964-cü ildə keçirilmiş Tokio Olimpiya Oyunlarında götürüb.

Bu idman növü 1968-ci ildə baş tutmuş Mexiko Olimpiya Oyunlarının proqramından çıxarılıb və Olimpiya Oyunları təqviminə yalnız dörd il sonra geri qaytarılıb. Qadınlar arasında cüdo yarışı ilk dəfə 1988-ci ildə Olimpiya Oyunlarında təqdimat xarakterli çıxış oldu və dörd il sonra – 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarının proqramına daxil edildi.

Faktlar və rəqəmlər

1956-cı ildə beynəlxalq cüdo yarışlarının ən böyüyü sayılan Dünya Cüdo Çempionatı keçirildi və bu tarixdən sonra cüdo beynəlxalq arenada daha çox yayılmağa başladı.
Cüdoda iyerarxiya dərəcə sistemi mövcuddur. Dərəcələr "kü" və "dan" adlanır – “kü” ən aşağı dərəcələri və “dan” ən yuxarı səviyyəni göstərir.

Bütün məlumatlar AZƏRTAC-a məxsüsdur.