Detallı Yarış Cədvəli


Üzgüçülük bədənin suya qarşı hərəkətini tələb edən fərdi və ya komanda idman növüdür. Yarışma Su İdman Sarayında keçiriləcək. Hər iki cinsi təmsil edən idmançılar 32 yarışda iştirak edəcək. Yarışmada bars, sərbəst, arxa üstü üzmə və butterfly üslubları iştirak edəcək. 


Üzgüçülük 1896-cı ildən bütün Olimpiya Oyunlarında iştirak etmişdir. Olimpiyadada ilk olaraq sərbəst və bars üslubları iştirak etmişdir. Arxa üstü üzmə 1904-cü ildə əlavə edilmişdir. 
1940-cı illərdə bars üslubunu təmsil edən idmançılar hər iki əllərini başlarının üstündən qabağa atmaqla daha da sürətli üzə biləcəklərini kəşf etdilər. Bu üslub dərhal qadağa edilmişdir, lakin butterfly üslubunu yaratmışdır və ilk olaraq 1956-cı ildə Melburnda keçirilən Olimpiyadaya daxil edilmişdir.

Bu üslub hal-hazırda yarışmada iştirak edən 4 üslubdan biridir.  

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.