Detallı Yarış Cədvəli


Tennis haqqında 


Tennis müxtəlif ictimai təbəqə və yaş qrupları tərəfindən oynanan Olimpiya idman növüdür. Tennis 19-cu əsrdə İngiltərənin Birmingem şəhərində yaranıb. Tennisi idarə edən Beynəlxalq Tennis Federasiyası 1913-cü ildə təsis edilib. Milyonlarla həvəskar oyunçular tərəfindən oynanan tennis həm də azarkeşlər arasında populyar idman növüdür. Tennis üzrə 4 əsas turnir “the Australian Open”, “the French Open” (Roland Garros), “Wimbledon” və "US Open" sayılır. Təkərli kürsüdə tennis oyunun təkərli kürsüdən istifadən edənlər üçün yaranan növüdür. Padel tennis metalik ilgək və şüşə divarlar ilə əhatə olunmuş kortda oynanılır. Novak Cokoviç, Rafael Nadal, Rocer Federer, Aleksander Zverev, Serena Uilyams, Maria Şarapova, Osaka Naomi, Karolina Pliskova, Petra Kvitova, Elina Svitolina, Halep Simona dünyanın ən məşhur tennis oyunçularıdır. 
Bakı 2019.

Kənan Qasımov, Umayra Həşimova, Elvin Həşimov, Alina Qavriş, Haktan Qarayev, Tamerlan Əzizov yarışmaya vəsiqə qazanıblar və Azərbaycanın perspektivli oyunçuları sayılırlar. Kənan Qasımov bu yaxınlarda Heydər Əliyevin xatirəsinə Bakıda keçirilən 14, 16&U Avropa Tennis Yarışmasında qalib gəlib və Tbilisidə "Rena&Dato Kuboku"-nun finalisti olub.

Bakı 2019

Bakı Tennis Akademiyası 21-27 İyul 2019 tarixlərində keçiriləcək "Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı" Tennis Yarışmasına ev sahibliyi edəcək. Yarışma Tennis üzrə 1-ci Avropa Yeniyətmələr Tur Kateqoriyası və Avropa Yeniyətmələr Çemptionatlarının nizamlamaları, AOK-in qaydaları və BTF tərəfindən qəbul edilmiş Tennis Qaydalarına uyğun keçiriləcək. “Bakı 2019”-da iştirak edəcək idmançılar 2004-cü ilin Yanvarın 1-dən 2005-ci ilin Dekabrın 31-dək doğulmuş olmalıdır. Oğlanlar və qızlar tək və qoşa kateqoriyalarda iştirak edəcək. Azərbaycanı yarışmada Kənan Qasımov, Tamerlan Əzizov, Alina Hüseynova və Polina Drobışeva təmsil edəcək.  
 
Bakı Tennis Akademiyası

Bakı Tennis Akademiyası 2009-cu ildə tikilmişdir və həmin vaxtdan son 8 il ərzində Baku Cup WTA turnirlərini, Kişilər və Qadınların Pro Circuit, 12&U, 14&U, 16&U, 18&U Tennis turnirlərini, habelə Baku 2017 ISG-ni qəbul etmişdir. Bakı Tennis Akademiyasında 12 kort vardır – mərkəzi kort, 6 açıq, 5 qapalı kortlar, fitnes, hovuz və Spa.

"Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Tennis Yarışması və məşqlər açıq və qapalı kortlarda keçiriləcək. 

 

Bütün məlumatlar AZƏRTAC-a məxsüsdur.