Detallı Yarış Cədvəli


Güləş haqda ilk məlumat 5000 il öncə, Şümerlərin dövrünə təsadüf edir. Gilqameş dastanı mixi yazısı, heykəllər və aşağı relyeflər musiqinin müşayiət etdiyi ilk yarışlar haqda məlumat verir. Güləş haqda tarixi və arxeoloji məlumat həmçinin Qədim Misirdən gəlib. Onlar arasında Beni-Hassanın məzarında tapılan və 400 güləş cütlüklərini təsvir edən rəsmləri qeyd etmək lazımdır. Bu rəsmlər və digər əsərlər Qədim Misirdə güləşçi cəmiyyətlərinin, güləş qaydalarının və münsiflər kodeksinin olduğunu sübut edir.  


Yunanlar üçün güləş bir elm, ilahi sənət idi və cavan oğlanlar üçün ən vacib idman növü sayılırdı. İdmançılar üst geyimsiz güləşirdilər və onların bədənləri zeytun yağı və günəş şüaları və ya qış soyuğundan qorunmaq üçün qum ilə örtülmüşdür. Güləşdən sonra onlar strigil kimi tanınan alət ilə bədənlərini zeytun yağı və qumdan təmizləyirdilər və daha sonra su ilə yuyurdular. Döyüş sərbəst güləş növünü xatırladırdı. Rəqibini yerə atan qalib olurdu. 


Eramızdan əvvəl 708-ci ildən Qədim Olimpiya Oyunları zamanı güləş Pentatlonun əsas idman növü sayılırdı.  Daha dəqiqi, güləş disk və nizə atma, tullanma və qaçışdan sonra keçirilən son idman növü idi və onun qalibi Pentatlonun qalibi seçilirdir. Pentatlonun qalibi isə Olimpiya Oyunlarının əsas qalibi sayılırdı. Ən məşhur güləşçi filosof Pifaqorun tələbəsi olan Krotonlu Milon sayılırdı. O, 6 dəfə Olimpiya çemponu (eramızdan əvvəl 540-516-cı illərdə), 10 dəfə İstmik Oyunlarının, 9 dəfə Nemea Oyunlarının və 5 dəfə Pithon Oyunlarının qalibi olmuşdur. Əfsanəyə əsasən o, ağacı əlləri ilə parçalamaq istəyərkən onun barmaqları ağacın gövdəsində qalmışdır və onu şir yemişdir. 
 
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.