About EYOF
 

Avropa Gənclər Olimpiya Festivalı BOK-nin başçılığı altında keçirilir və 25 illik ənənəyə sahib olan Avropa Olimpiya Komitələrinin qüruru sayılır. AGOF 14-18 yaşlı gənclər arasında keçirilən və müxtəlif idman növlərini cəmləyən ilk yüksək səviyyəli Avropa yarışmasıdır. Festivalın qış və yay növləri mövcuddur və o, hər iki ildən bir tək saylı illərdə keçirilir. AGOF Avropa Olimpiya Komitələrinə (AOK) aiddir.
Festival Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: Olimpiya alovundan andınacan. Məhz AGOF-da Avropanın gələcək idman ulduzları beynəlxalq arenada ilk addımlarını atır. Bəzi idmançılar AGOF-a Olimpiya dahiliyinə aparan ilk addım kimi baxsa da, bütün iştirakçılar yarışmadan onlarla həyat boyu qalacaq dostluq təcrübəsi ilə qayıdır. 
Təxminən 3,600 gənc və onların rəsmi nümayəndələri yay festivallarında iştirak edir. Qış yarışmalarında isə 1,600 iştirakçı olur. 
AGOF simvolik olaraq Avropanın gənclərini Atletlər Kəndində bir araya gətirir. Festival Olimpiya Oyunlarına bir girişdir və bir çox medalçılar Olimpiya Oyunlarında da medallara sahib olur və beləcə, festival gənclərə Olimpiya yarışmasının nə olduğunu öyrədir və idman və sağlam həyat tərzi yaşamağa ilhamlandırır. 

AGOF: 
•    ... Avropa gəncləri arasında ən böyük və müxtəlif idman növlərini özündə birləşdirən yarışmadır 
•    ... Olimpiya Nizamnaməsində əksini tapan dəyərlər və idealları öyrədir 
•    ... gənclər arasında idman və sağlam həyat tərzini təbliq edir  
•    ... 50 Avropa ölkələrindən gənc idmançıların görüş yeridir