Media akkreditasiyası

15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı üçün media akkreditasiyasına müraciət prosesi 2019-cu il may ayının 15-də başa çatmışdır. Bu tarixdən etibarən heç bir müraciət qəbul edilməyəcək.

Media Akkreditasiyaya müraciət etdikdən sonra şəxsiyyət vəsiqənizi və ya hər hansı digər şəxsi məlumatlarınızı dəyişərsinizsə pressoperations@eventoc.az email ünvanı vasitəsilə Media Əməliyyatları şöbəsini məlumatlandırmağınız mütləqdir. Əks təqdirdə akkreditasiya müraciətiniz təsdiqlənməyə bilər.

Qeydə alınmış media nümayəndələri təsdiq və ya rədd bildirişini alacaqlar. Online Akkreditasiya Sistemi hesablarında təqdim edilən müraciətlərin statusunu yoxlamaq mümkündür.

Mühüm tarixlər

1 Aprel 2019

Media akkreditasiya prosesi başlayır

15 May 2019

Akkreditasiya müraciəti sona çatır

15-25 Iyul 2019

Akkreditasiyaların verilməsi (Bulvar Hotel)

Media üçün 3 akkreditasiya kateqoriyası nəzərdə tutulub. Oyunlar müddətində sizin fəaliyyətinizi daha düzgün təsvir edəcək bir kateqoriya seçməlisiniz. Unutmayın ki, akkreditasiya kateqoriyanız sizin oyunlar vaxtı hansı istiqamətdə peşəkar fəaliyyət göstərəcəyinizi əks etdirir. Məs, "E" kateqoriyalı media nümayəndəsi fotoqraf kimi fəaliyyət göstərə, fotomövqelərə girə və foto önlük ala bilməz.

Müasir dövr idman tədbirlərində media nümayəndələrinin fərdi şəkildə bir neçə sahədə fəaliyyət göstərdiyini nəzərə alaraq, hər hansı bir kateqoriya altında akkreditasiyadan keçmiş media nümayəndələrinə eyni zamanda foto və Miks Zonada video çəkmək imkanı yaradılacaq. Bunun üçün onlar idman obyektlərinin media mərkəzlərinə yaxınlaşaraq müvəqqəti “Multi” önlük almaq mümkün olacaq.

E

• Jurnalist, redaktor, foto redaktor, onlayn rejimdə və ya müqavilə əsasında fəaliyyət göstərən yazılı mətbuat nümayəndələri.

 • Beynəlxalq və ya yerli xəbər agentlikləri; adi gündəlik qəzet və ya jurnal; idman qəzeti və ya jurnalı; internet saytı tərəfindən işə götürülmüş olmalıdır.  Müstəqil jurnalistlər işlədikləri media təşkilatla əməkdaşlıqlarını təsdiqləyən müqavilə sənədini də göndərməlidir.

•  "E" kateqoriyalı akkreditasiya kartı foto mövqelərə giriş imkanı və ya fotoqraf kimi fəaliyyət imkanı vermir.

 

EP

​• Yalnız fotoqraflar üçün.

• Beynəlxalq və ya yerli xəbər agentlikləri; adi gündəlik qəzet və ya jurnal; idman qəzeti və ya jurnalı; internet saytı tərəfindən işə götürülmüş olmalıdır.  Müstəqil fotoqraflar işlədikləri media təşkilatla əməkdaşlıqlarını təsdiqləyən müqavilə sənədini də göndərməlidir.

• “EP” kateqoriyalı akkreditasiya kartı foto mövqelərə giriş imkanı verir

• Foto önlük almaq üçün "Fotoqraf öhdəlikləri" adlı sənəd imzalanmalıdır. Daha ətraflı məlumat üçün fotoqraflar bölməsinə baxa bilərsiniz.

• Həm fotoqraf, həm də jurnalist kimi fəaliyyət göstərəcək media nümayəndələrinin müraciət zamanı EP kateqoriyasını seçməsi tövsiyə edilir.

ENR

​​• Yalnız televiziya şirkətlərinin operatorları (kameramanlar) üçün 

•  Yerli və ya beynəlxaq televiziya şirkətləri tərəfindən işə götürülmüş olmalıdır.  Bu kateqoriya yalnız video kameradan istifadə edəcək şəxslər (operatorlar) üçün nəzərdə tutulub. Qalan bütün şəxslər - operator köməkçiləri, rejissorlar, müxbirlər E kateqoriyası, fotoqraflar isə EP kateqoriyası ilə qeydiyyatdan keçməlidirlər.

• “ENR” kateqoriyalı akkreditasiya kartı operatorlara Miks Zonalarda, Media konfrans otağında çəkiliş aparmaq imkanı verir. Foto mövqelərə və ya Media tribunalara giriş imkanı vermir. Operatorlar Media tribunalara yalnız video kamerasız daxil ola bilərlər.

• Miks Zonada çəkiliş aparmaq məqsədilə foto önlük və kamera üçün EYOF Baku 2019 yapışqanlı yarlıkını almaq üçün və həmçinin, məlumatlardan istifadə qaydalarına əməl edilməsinə dair "ENR öhdəlikləri" adlı sənəd imzalanmalıdır. Yapışqanlı yarlık olmadan heç bir avadanlıq obyektə daxil ola bilməz. 

MULTİ

Önlük (kateqoriya deyil

Məs: “E” kateqoriyası altında akkreditasiyadan keçən hər hansı bir media nümayəndəsi oyunlar vaxtı eyni zamanda foto çəkmək və ya Miks Zonada video çəkiliş etmək istəyirsə bu zaman idman obyektlərinin media mərkəzinə yaxınlaşaraq müvəqqəti “Multi” önlük ala biləcəklər.

• “Multi” önlükləri əvvəlcədən əldə etmək mümkün deyil. Onlar yalnız idman obyektlərinin media mərkəzlərində veriləcək.

Media nümayəndələri gündəlik fəaliyyətin sonunda “Multi” önlükləri geri qaytarmalıdır.

Qeyd: Naşirlər, reklam və ya atlet agentləri, ictimaiyyətlə əlaqələr və reklam agentləri Oyunlar üçün media akkreditasiyası ala bilməz.

Qeyd: İtirilmiş, zədələnmiş və ya oğurlanmış akkreditasiyalar üçün dərhal Akkreditasiya Mərkəzinə müraciət etməyiniz tələb olunur.

Hər hansı sualınız olarsa bizə pressoperations@eventoc.az email ünvanı vasitəsilə yaza bilərsiniz.