Media əməliyyatları

Media Əməliyyatları komandası Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalında akkreditasiyadan keçmiş media nümayəndələri üçün bütün növ lazımi xidmətlərin planlaşdırılmasına və onlar üçün müvafiq iş şəraitinin yaradılmasına cavabdehdir. 

MEDİA AKKREDİTASİYASI

Meyarlara cavab verən peşəkar media nümayəndələri hər hansı bir və ya bir neçə xəbər təşkilatının, agentliyin, şirkətin işçisi olmalıdır və sorğu göndərildiyi təqdirdə onların akkreditasiya müraciəti işlədikləri təşkilat tərəfindən təsdiqlənməlidir.

Media nümayəndələrinin akkreditasiyası üçün heç bir say limiti olmayacaq. Akkreditasiya prosesi 1 apreldən 15 may 2019-cu il tarixinə kimi davam edir. Daha ətraflı məlumat üçün Media Akkreditasiyası səhifəsinə keçid edə bilərsiniz.

Əsas Media Mərkəzi

Əsas Media Mərkəzində oyunlar öncəsi və oyunlar zamanı Media brifinq və mətbuat konfransları keçiriləcək. Əsas Media Mərkəzi həm beynəlxalq, həm də yerli media nümayəndələri üçün 15-28 İyul 2019-cu il tarixlərində xidmət göstərəcək. 

Media nümayəndələrinin yerləşdirilməsi

Media Əməliyyatları komandası media nümayandələrinin Bakıda qalma yerləri ilə təmin olunmasına yaşayış yerləri və mümkün olan uyğun hotellər haqqında ümumi məsləhətlər verərək kömək edəcək. Qeyd etmək lazımdır ki, hər bir media nümayəndəsi qalma yerinin planlaşdırılmasını müstəqil şəkildə etməlidir. Məsləhət görülən hotellər haqqında məlumata buradan baxa bilərsiniz.

Media üçün nəqliyyat

Media üçün xüsusi nəqliyyat nəzərdə tutulmayıb. Yarış keçirilən məkanlarda tam xidmət üçün ictimai nəqliyyat sistemi gücləndirilib.

Media akkreditasiyası yarış obyektlərində aşağıdakı sahələrə giriş imkanı verir:

  • Media iş otağı (mümkün olan obyektlərdə)

  • Media tribuna

  • Miks Zona (Müsahibə Zonası)

  • Foto mövqelər (yalnız foto önlüklə)

Obyektin Media Mərkəzi

Hər bir yarış məkanında məlumat masası, iş otağı ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərir. Boulevard Hoteldə yerləşən Əsas Media Mərkəzində isə Media brifinqlər və konfranslar keçiriləcək.

Media Mərkəzləri yarışlar başlamazdan 1.5 saat öncə fəaliyyətə başlayır və sonuncu yarışdan 1.5 saat sonra bağlanır. Mərkəzlər yalnız yarış günləri fəaliyyət göstərəcək.

Obyektlər haqqında ətraflı məlumat almaq üçün zəhmət olmasa qeyd olunan keçidə baxın.

Media Tribunaları

Hər bir yarış məkanında media nümayəndələrinin yarışları izləməsi üçün xüsusi oturacaqlar olacaqOturacaqlara giriş icazəsi ardıcıl növbə əsasında, ilk gələnə ilk xidmət şəklində təşkil ediləcəkdir.

Miks Zona (Müsahibə Zonası)

Yarış obyektlərində bütün oyunçuların oyundan sonra dayanacaqları əsas yer Miks Zona olacaq. Oyunçular buradan keçərkən media nümayəndələri onlardan birbaşa müsahibə ala biləcəklər.

Foto mövqelər

Hər bir obyektdə fotoqraflar üçün mümkün olan ən yaxşı mövqelər seçilib. Oyunlar zamanı hər bir foto mövqe haqqında məlumatı idman obyektinin foto komandasından əldə etmək olar. Mövqelərə giriş üçün qeydiyyat zamanı verilmiş önlükləri geyinmək mütləqdir.

Fotoqraflar və TV şirkət nümayəndələri də daxil olmaqla bütün media nümayəndələri 20 iyul 2019-cu il tarixində Bulvar Hoteldə keçiriləcək Media Brifinqdə iştirak etməyə dəvətlidirlər. Təqdimatdan sonra fotoqraflar və TV şirkət operatorları “Öhdəlik sənədi” imzalayaraq müvafiq önlükləri əldə edə biləcəklər.

Öhdəlik sənədi və Önlüklər

Bütün fotoqraflar və operatorlardan Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Təşkilat Komitəsinin fotoşəkil və videodan istifadə qaydalarına əməl edəcəklərini təsdiqləyən öhdəliyi imzalamaları tələb olunacaq. Öhdəliyin imzalanması məcburidir və onu imzalamadan önlüklər verilməyəcək.

Multi” önlüklər - Müasir dövr idman tədbirlərində media nümayəndələrinin fərdi şəkildə bir neçə sahədə fəaliyyət göstərdiyini nəzərə alaraq, hər hansı bir kateqoriya altında akkreditasiyadan keçmiş media nümayəndələrinə eyni zamanda foto və Miks Zonada video çəkmək imkanı yaradılacaq. Bunun üçün media nümayəndələri idman obyektinə çatdıqda obyektin media mərkəzinə yaxınlaşaraq “Multi” önlüklər istəyə bilərlər. İşi yekunlaşdırdıqdan sonra önlüklər geri qaytarılmalıdırlar.

Foto əməliyyatları

Hər bir obyektdə fotoqraflar üçün mümkün olan ən yaxşı foto mövqelər seçilmişdir. Oyunlar zamanı hər bir foto mövqe haqqında məlumatı idman obyektinin foto komandasından əldə etmək olar.

Mükafatlandırma Mərasimləri

Mükafatlandırma mərasimləri zamanı foto mövqelərə məhdud sayda fotoqraflar buraxılacaq. İmkan çərçivəsində daha çox mükafatçı ölkələrdən gələn fotoqraflar bu foto mövqelərə buraxılacaq. Bu foto mövqelərə giriş hər obyektin foto komandası tərəfindən təyin olunacaq.

Yayımlama (TV şirkətlər)

TV şirkətlər idman obyektlərində müsahibələr üçün nəzərdə tutulmuş Miks zonada çəkiliş aparmaq üçün avadanlıq keçirə biləcəklər. Önlüklər yalnız kamera operatorlarına veriləcək.

Mühüm tarixlər

Tədbir

Saat

Məkan

20 İyul 2019

Yarışlar öncəsi Media brifinq

10:00

Bulvar Hotel

22 İyul 2019

Atletlər Kəndinə Media Tur

10:00

Bulvar Hoteldən və geriyə

23 İyul 2019

Mətbuat Konfransı

11:00

Bulvar Hotel

27 İyul 2019

Mətbuat Konfransı

11:00

Bulvar Hotel

Media Brifinq və Mətbuat Konfransları

Fotoqraflar və TV şirkət operatorları da daxil olmaqla bütün media nümayəndələri üçün 20 iyul 2019-cu il tarixində Bulvar Hoteldə - Media Brifinq və 23, 27 iyul tarixlərində Mətbuat Konfransları keçiriləcək. Tədbirlər barədə ətraflı məlumat elan ediləcək. 

Atletlər Kəndinə Media Tur

Qeyd edildiyi kimi Əməliyyat Komitəsi 22 iyul 2019-cu il tarixində Atletlər Kəndinə media tur təşkil edəcək. Təşkil ediləcək media tura qoşulmaq üçün pressoperations@eventoc.az ünvanına əvvəlcədən yazmağınız lazımdır. Media tur barədə ətraflı məlumat tezliklə bildirələcək.

Hər hansı sualınız olarsa bizə pressoperations@eventoc.az email ünvanı vasitəsilə yaza bilərsiniz.