Yarışma məkanları

Tofiq Bəhramov adına Respublika Stadionu (TBS)

 

Məşhur futbol hakiminin xatirəsinə adlandırılan Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci ildə tikilmişdir və 2012-ci ildə renovasiya olunmuşdur. Bakı 2017 Avropa Oyunları zamanı məkan futbol üzrə final oyunlarını qəbul etmişdir. Stadionun tutumu 30,000 azarkeşdir.


Tikilib: 1951
Rekonstruksiya: 2012
Tutumu: 29800
Bakı 2015: Oxatma
Bakı 2017: Futbol
Bakı 2019: Atletika

 

Milli Gimnastika Arenası (MGA)

 

Milli Gimnastika Arenası Atletlər Kəndindən cənub tərəfdə yerləşir. Arenanın tikilişi 2014-cü ilin Fevral ayında bitmişdir və 2014-cü ilin Aprel ayında arena fəaliyyətə başlamışdır. Xüsusi məqsədlə hazırlanmış qurğuda Azərbaycan Gimnastika Federasiyası yerləşir. Məkan 2014-cü ilin İyun ayında 30-cu Avropa Gimnastika Çempionatını və Bakı 2015 Avropa Oyunları və Bakı 2017 İslam Oyunları zamanı Gimnastika yarışlarını qəbul etmişdir.


Tikilib:

2014

Tutumu:

6500

Baku 2015:

Beş Gimnastika növü

Baku 2017:

Bədii və Ritmik Gimnastika

Baku 2019:

Bədii Gimnastika

 

Bakı İdman Sarayı (BSH)

 

Bakı İdman Sarayı çoxdan tikilmiş və 2015-ci ildə rekonstruksiya olunmuş bir məkandır. Bakı Bulvarına yaxın yerləşən məkan Oyunlar zamanı 1250-dək Həndbol pərəstişkarlarını qəbul edə biləcək.


Tikilib: 1980
Rekonstruksiya: 2015
Tutumu: 1628
Bakı 2015:

Badminton, Stolüstü Tennis

Bakı 2017:

Karate, Taekvondo, Uşu

Bakı 2019:

Həndbol

 

Bakı Tennis Akademiyası (BTA)

 

Bakı Tennis Akademiyası 2009-cu ildə tikilmiş və 2.7 hektar ərazini əhatə edir. Bu məkana geri çəkilə bilən dama malik mərkəzi kort və 11 qapalı və açıq kortlar daxildir. Məkan keçmişdə Qadın Tennis Assosiasiyasının (WTA) yarışmalarını qəbul etmişdir.


Tikilib: 2011
Tutumu:

3,000 (mərkəzi kort)

Bakı 2017:

Tennis

Bakı 2019:

Tennis

 

Su İdman Sarayı (BAC)

 

Su İdman Sarayı ilk olaraq Bakı 2015 Avropa Oyunları üçün tikilmişdir və Azərbaycanda populyar idman məkanına çevrilmişdir. Dövlət Bayraq Meydanının yaxınlığında yerləşən məkan EYOF Bakı 2019 zamanı Üzgüçülük yarışlarını qəbul edəcək.


Tikilib: 2015
Tutumu:

6000

Bakı 2015:

Üzgüçülük, Suya Tullanma, Sinxron Üzgüçülük

Bakı 2017:

Üzgüçülük, Suya Tullanma

Bakı 2019:

Üzgüçülük

 

Sərhədçı Arena (SAR)

 

Sərhədçi İdman Olimpiya Mərkəzinin tikilişi 2007-ci başlanılmışdır və məkan 2009-cu ilin Avqust ayında açılmışdır. Məkan Bakı şəhərinin Xətai rayonunda yerləşir və müxtəlif Beynəlxalq səviyyəli idman yarışlarını qəbul etmişdir.


Tikilib: 2009
Tutumu:

2500

Bakı 2017:

Həndbol, Stolüstü Tennis

Bakı 2019:

Basketbol

 

ABU Arena (ABU)

 

Abu Arenanın tikilişi 2003-cü ildə bitmişdir. Məkan Həndbol üzrə Yeniyətmə Olimpiya Komandasının məşqlərini qəbul etmişdir. Məkanın tutumu 1000 azarkeşdir.


Tikilib: 2003
Tutumu:

1000

Bakı 2019: Həndbol

 

Dərnəgül Arena (DAR)

 

Dərnəgül Arena 2012-ci ildə tikilmiş və Bakı 2015 Avropa Oyunları və Bakı 2017 İslam Oyunları zamanı Voleybol üzrə məşq məkanı kimi istifadə edilmişdir. Məkan Azərreyl Voleybol Klubunun oyunlarına ev sahibliyi edir.


Tikilib: 2012
Tutumu:

1189

Bakı 2015: Voleybol (yarışma məkanı)
Bakı 2017: Voleybol (yarışma məkanı)
Bakı 2019:

Voleybol (yarışma məkanı)

 

Avropa Azərbaycan Məktəbi (EAS) (Badamdar)

 

Avropa Azərbaycan Məktəbi 2 kampusdan ibarətdir və Badamdarda yerləşən kampuslardan biri EYOF Bakı 2019 zamanı Basketbol yarışlarını qəbul edəcək. Məkan 2014-cü ildə tikilmişdir və onun tutumu 100 azarkeş təşkil edir.


Tikilib: 2014
Tutumu:

100

Bakı 2019:

Basketbol

 

FHN İdman Arenası (MES)

 

FHN İdman Arenası Fövqəladə Hallar Nazirliyinin məşq məkanı kimi fəaliyyət göstərir. Məkan 2018-ci ildə tikilmişdir. Onun tutumu 1950 azarkeşdir.


Tikilib: 2018
Tutumu:

1950

Bakı 2019:

Voleybol

 

Velopark (VEL)

 

BMX Velopark Bakı 2015 Avropa Oyunları üçün tikilmişdir və 30 hektar ərazini əhatə edir.


Tikilib: 2015
Tutumu:

0

Bakı 2015: BMX
Bakı 2019:

Velosiped

 

Heydar Aliyev Arenası (HAA)

 

Heydər Əliyev Arenası Bakının əsas sərgi sahəsidir. 1990-cı ildə açılan məkan 40-dan çox beynəlxalq idman yarışlarını qəbul edib. Məkanın tutumu 8000 azarkeşdir.


Tikilib: 1990
Tutumu:

8000

Bakı 2015:

Cüdo, Güləş, Sambo

Bakı 2017:

Cüdo, Güləş

Bakı 2019: Cüdo, Güləş