Welcome to Baku, Azerbaijan

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bakı, Azərbaycana xoş gəlmisiniz! Bura Odlar Yurdu və Qafqazın İncisidir – Şərqin rənglərinin Qərbin tərəqqisi ilə möhtəşəm şəkildə birləşdiyi bir yer. Azərbaycan qeyri-adi təbiətə, təkraredilməz mədəniyyətə və əsrlərin ənənələrinə sahib ölkədir; bu ən təcrübəli qastronomistləri razı sala biləcək və nəhayət, məşhur Qafqaz qonaqpərvərliyinə və dostluğuna məxsus ölkədir.

Azərbaycan Xəzər dənizinin sahillərində Zaqafqaziyanın (və ya Cənubi Qafqaz) şərq hissəsində yerləşib. Azərbaycanın əhalisi 9.8 milyondan çoxdur, ərazisi isə 86,600 kv. kilometr təşkil edir. 

Azərbaycan əsrlərlə müxtəlif qitələrin və sivilizasiyaların kəsişdiyi yer olub. Avropa və Asiyanı əhatə edən ölkə Şərq və Qərb, Şimal və Cənub arasında ticarət, siyasi və mədəni körpü rolunu oynayır. 

Böyük İpək Yolunun hissəsi olan Azərbaycan qədim zamanlardan dahi insanların, alimlərin, səyahətçilərin və tarixçilərin diqqətini cəlb edib. Bu valehedici torpaq haqda Herodot, Strabo və Ptolemey qədim yazılarında qeyd etmişdir. Azərbaycan 7,500-dən çox təbii, arxeoloji, memarlıq və tarixi abidələrə məxsus zəngin tarixi və mədəni irsə sahibdir. Qobustanın mağara rəsmləri, Möminə Xatun və Qarabağlar türbəsi, Şəki xan sarayı, Qız Qalası, Abşeron qalaları, miniatür rəsmlərlə bəzədilmiş orta əsrlərin əlyazmaları, qədim xalçalar və ədəbiyyat, incəsənət və heykəltəraşlıq əsərləri – bütün bunlar ölkənin zəngin irsinin kiçik bir hissəsidir.  


Bakı

Azərbaycanın paytaxtı olan Bakı şəhəri Xəzər dənizinin sahillərində yerləşib. Bu şəhərdə keçmiş və müasir zaman qəliz şəkildə birləşib. 

Bakı dünya arenasının aparıcı şəhərlərindən biri kimi öz yerini tutub. Açıq və tolerant olan Bakı müntəzəm olaraq siyasi, mədəni, idman və dini liderləri bir yerə toplayır və beləcə, mədəniyyətlərarası dialoq və əməkdaşlığın qlobal mərkəzi kimi çıxış edir. 

Bakı 2012 Avroviziya Mahnı Yarışması, ilk 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları və 2016-cı ildən hər il keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisi kimi beynəlxalq yarışlara ev sahibliyi edib.  

Bakının əhalisi 2.3 milyonacan təşkil edir. Azərbaycan dili ölkənin rəsmi dili sayılır, lakin Rus, İngilis və hətta Türk dilləri də ölkədə geniş şəkildə istifadə edilir. Xüsusən də İngilis dilinin istifadəsi böyük şəhərlərdə artmaqdadır. 
 
Xoş gəlmisiniz!